...

"İnter Mayami" Luis Suares ilə müqaviləni uzadıb

İdman Materials 17 Dekabr 2025 21:41 (UTC +04:00)
"İnter Mayami" Luis Suares ilə müqaviləni uzadıb

Bakı. Trend:

Uruqvaylı futbolçu Luis Suares "İnter Mayami" klubu ilə yeni müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ futbol klubunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, müqavilə 2026-cı il MLS mövsümünün sonuna qədər qüvvədə olacaq.

Qeyd edək ki, 38 yaşlı L.Suares "İnter Mayami"də debütünü 2024-cü ilin əvvəlində edib. O, "İnter Mayami"də bütün turnirlərdə 87 oyunda 42 qol vurub və 30 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti