Bakı. Trend:
"Napoli" qış transfer pəncərəsi zamanı Romelu Lukakunu satmağı planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya çempionu zədələrdən əziyyət çəkən belçikalı hücumçu üçün gələn təklifləri dəyərləndirəcək.
"Napoli" Lukakunun qiymətini müəyyənləşdirib. A Seriyası nəhəngi 32 yaşlı forvardı 10-15 milyon avroya satmağa hazırdır.
"Fənərbaxça"nın təcrübəli futbolçu ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, "Napoli" Romelu Lukakunu 2024-cü ilin yayında "Çelsi"dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin zədə səbəbindən rəsmi oyunlarsda iştirak etməyib.