...

Ukrayna və Almaniya silah təchizatı ilə bağlı müqavilələr imzalayıblar

Dünya xəbərləri Materials 17 Dekabr 2025 21:20 (UTC +04:00)
Ukrayna və Almaniya silah təchizatı ilə bağlı müqavilələr imzalayıblar

Bakı. Trend:

Ukrayna Almaniya ilə ümumi dəyəri 1,2 milyard avro olan silah təchizatı və birgə istehsalı ilə bağlı bir sıra müqavilələr imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri Denis Şmıqal öz "Telegram" kanalında yazıb.

"Alman tərəfdaşları ilə 1,2 milyard avrodan çox dəyərində bir sıra yeni vacib müqavilələr imzalanıb", - deyə o bildirib.

Onun sözlərinə görə, müqavilələrə "Patriot" sistemləri üçün ehtiyat hissələrinin uzunmüddətli təchizatı, ayrılmış vəsaitlə Ukrayna dronlarının alınması və PUA-ların birgə istehsalı, 200 "Boqdan" özüyeriyən artilleriya qurğusunun yaradılması və ən son elektron müharibə sistemlərinin təchizatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti