...

Ağsuda saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub

Hadisə Materials 18 Dekabr 2025 10:03 (UTC +04:00)
Ağsuda saxta sənədlər hazırlayaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb.

Trend-in məlumatına görə, o, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib.

Belə ki, K.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Həmin şəxsin analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti