Bakı. Trend:
Ekvadorun “Barselona” futbol klubunun müdafiəçisi Mario Pineyda faciəvi şəkildə 34 yaşında həlak olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, o ailə üzvləri ilə birlikdə silahlı hücuma məruz qalıb.
Məlumata görə, hadisə nəticəsində onun həyat yoldaşı da ölcümcül güllə yarasından həyatını itirib, anası isə ağır yaralanıb.
Cinayətin motivləri və hücumu həyata keçirən şəxsin kimliyi barədə hələ ki, məlumat verilmir.
Qeyd edək ki, Pineyda 2016-cı ildən Ekvadorun “Barselona” klubunun şərəfini qoruyub. Klubun heyətində o ikiqat Ekvador çempionu və ölkə kubokunun mükafatçısı olub. Milli yığmada isə müdafiəçis səkkiz oyun keçirib və bir məsuldar ötürmə ilə yadda qalıb.
