...

Mağazalarda satıcıların fikirlərini yayındıraraq oğurluq edən dəstə üzvləri saxlanılıb

Hadisə Materials 18 Dekabr 2025 10:07 (UTC +04:00)
Mağazalarda satıcıların fikirlərini yayındıraraq oğurluq edən dəstə üzvləri saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Binəqədi rayonunda paytaxt sakininə məxsus “Mercedes” markalı avtomobil və qoşqusunun dövlət qeydiyyat nişanları oğurlanıb.

Trend-in məlumatına görə, bu barədə zərərçəkən ərazi polis orqanına məlumat verib.

Belə ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla əməli törətməkdə şübhəli bilinən 41 yaşlı P.Ağayev müəyyən olunaraq saxlanılıb. Dövlət qeydiyyat nişanları tapılaraq sahibinə geri qaytarılıb.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində isə ayrı-ayrı marketlərdən qabaqcadan əlbir olaraq satıcının fikrini yayındırmaqla oğurluqlar edən A.Rəcəbov, A.Əsgərli, S.Binnətov və M.Əzizov saxlanılıblar.

Araşdırmalarla M.Əzizovun bir müddət əvvəl vətəndaşların birinə məxsus qarajdan 1000 manat dəyərində inşaat materialları oğurladığı da məlum olub.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti