...

ABŞ-də yarım əsrdən sonra ilk dəfə olaraq əks miqrasiya müşahidə olunur - Tramp

Dünya xəbərləri Materials 18 Dekabr 2025 08:42 (UTC +04:00)
ABŞ-də yarım əsrdən sonra ilk dəfə olaraq əks miqrasiya müşahidə olunur - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun siyasəti nəticəsində yarım əsrdə ilk dəfə olaraq ABŞ-a immiqrant axını müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə D.Tramp həmvətənlərinə müraciətində bildirib.

"Son 50 ildə ilk dəfə olaraq əks miqrasiya müşahidə olunur: miqrantlar vətənlərinə qayıdır, amerikalılar üçün daha çox yaşayış sahəsi və iş yerləri qalır", - deyə o qeyd edib.

ABŞ prezidenti dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin lehinə çıxış edib və Amerika tarixində qanunsuz miqrantların ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti