...

Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub (FOTO)

Mədəniyyət Materials 18 Dekabr 2025 17:32 (UTC +04:00)
Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşa şəhərində olub.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı təmin olunur.

Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının “mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə yetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün Ev-Muzeyi ilə tanışlıq olub. Şuşanın tarixi-mədəni və dini məkanları, təbii zənginlikləri özbək qonaqlarda unudulmaz təəssürat yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti