Bakı.Trend:
Paytaxtın Nəsimi rayonunda yol qəzası baş verib, sürücü həyatını itirib.
Trend-in məlumatına görə, hadisə dekabrın 17-si səhər saat 11 radələrində qeydə alınıb.
Belə ki, Nadir Hüseynov idarə etdiyi avtomobillə Nəsimi rayonu ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili ehtiyatsızlıqdan yolun kənarında olan avtobus dayanacağına vurub və nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
