...

Paytaxtın bu küçələrində mikromobillik zolağı təşkil edilir (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2025 16:58 (UTC +04:00)
Paytaxtın bu küçələrində mikromobillik zolağı təşkil edilir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkəni genişləndirmək, zolaqların davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini, rahatlığını təmin etməkdir.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxtın Şıxəli Qurbanov küçəsində mikromobillik zolağı təşkil edilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir, yol nişanları quraşdırılır. Növbəti mərhələdə isə Cəfər Cabbarlı küçəsində bu tip zolaqlar təşkil ediləcək.

Mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla əlaqələndirilməsi nəzərdə tutulur.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA tərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti