...

NATO-nun 2026-cı il üçün hərbi büdcəsi 2,95 milyard avro olacaq

Dünya xəbərləri Materials 17 Dekabr 2025 20:51 (UTC +04:00)
NATO-nun 2026-cı il üçün hərbi büdcəsi 2,95 milyard avro olacaq

Bakı. Trend:

NATO 2026-cı il üçün mülki və hərbi büdcəsinin həcmini açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, alyansın yazılı məlumatına görə, gələn il üçün mülki büdcə 528,2 milyon avro, hərbi büdcə isə 2 milyard 420 milyon avro təşkil edəcək.

Beləliklə, NATO-nun ümumi büdcəsi 2 milyard 948 milyon 200 min avro olacaq.

Açıqlamada bildirilib ki, 2026-cı ilin hərbi büdcəsi NATO-nun hərbi adaptasiyasına, müttəfiqlər arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına, böhranların qarşısının alınması və idarə olunmasına, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Məlumata görə, mülki büdcə mülki heyətin saxlanılması, əməliyyat xərcləri və mülki proqramların maliyyələşdirilməsini, hərbi büdcə isə NATO qərargahlarının, dünya üzrə proqramların, missiya və əməliyyatların icrası ilə bağlı xərcləri əhatə edir.

NATO üzvü olan ölkələr bu büdcələrə ümumi daxili məhsullarına (ÜDM) əsaslanan xərc bölgüsü mexanizmi çərçivəsində töhfə verirlər. Alyansın son sammitində qəbul edilən qərara əsasən, üzv dövlətlərdən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizi səviyyəsinə çatdırmaları tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti