Bakı. Trend:
“Barselona” yapon futbolçu ilə maraqlanır.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisinin skautları Yaponiyanın U-17 yığma komandasının hücumçusu Minato Yoşidanı izləyir.
İspaniya nəhəngi mövsümün sonunda mərkəz hücumçusunu transfer etməyi planlaşdırır.
Hazırda “Kaşima Antlers”in formasını geyinən Yoşida özü də Avropada oynamaqda maraqlıdır.