Bakı. Trend:
"Roma" İtaliya A Seriyasının 16-cı turunda səfərdə "Yuventus"un qonağı olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.
Hücumçu Artyom Dovbik vacib oyunda komandasına kömək edə bilməyəcək. Ukraynalı forvard sağ budundan zədə alıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyəcək.
Artyom Dovbik bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Yuventus" - "Roma" matçı dekabrın 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.