...

Slovakiyalı baş nazirin təyyarəsi zədələndi

Dünya xəbərləri Materials 18 Dekabr 2025 11:28 (UTC +04:00)
Slovakiyalı baş nazirin təyyarəsi zədələndi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçikanın Brüssel aeroportunda Avropa İttifaqının sammitinə gələn Slovakiyalı baş nazir Robert Fitsonun təyyarəsini zədələyiblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fitso öz “Facebook” səhifəsində yazıb.

“Mürəkkəb sammit Brüsseldə çox pis başladı. Hava limanında traplı maşın bizim təyyarəni zədələdi və o hazırda uçuş üçün yararsızdır”, -deyə Fitso yazıb.

Slovakiya baş naziri, həmçinin Aİ-yə üzvlüyə ümid edən Qərbi Balkan ölkələri ilə sammit çərçivəsində keçirilən görüşü skeptik qiymətləndirib.

Fitsonun sözlərinə görə, o, Avropa İttifaqı institutlarının Serbiyaya qarşı ədalətsiz münasibətinə etiraz etmək məqsədilə bu sammitdə qəsdən iştirak etməyən Serbiya prezidenti Aleksandar Vuçiçə dəstəyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti