...

AİB Bakı Metropoliteninin rəqəmsallaşdırılması üçün kredit ayrılmasını nəzərdən keçirir

İqtisadiyyat Materials 18 Dekabr 2025 19:30 (UTC +04:00)
AİB Bakı Metropoliteninin rəqəmsallaşdırılması üçün kredit ayrılmasını nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Bakı Metropoliteninin siqnalizasiya sistemlərinin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsini dəstəkləmək üçün 150,2 milyon ABŞ dolları məbləğində kredit ayırmağı nəzərdən keçirir.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Layihə metropolitenin əməliyyat sistemlərinin rəqəmsallaşdırılmasına yönəlib, xüsusilə qatar hərəkətinin idarə edilməsi və sərnişin məlumatlandırılmasına diqqət yetirilir, bankın məlumatında qeyd olunub.

"AİB layihənin Bakı Metropoliteninin həm əməliyyat, həm də maliyyə göstəricilərini yaxşılaşdıracağını proqnozlaşdırır", – deyə bank əlavə edib.

Bu təşəbbüs həmçinin ictimai nəqliyyata yönəlmiş şəhər mobilliyi sisteminin yaradılmasına töhfə verəcək, bu da əhalinin artımı və şəxsi avtomobillərin çoxalması səbəbindən yaranan nəqliyyat sıxlığını azaltmağa imkan verəcək.

Qeyd edək ki, 31 dekabr 2024-cü il tarixinə AİB Azərbaycana ümumilikdə 4,4 milyard ABŞ dolları məbləğində 71 kredit, qrant, zəmanət və texniki yardım ayırıb. Hazırda AİB-in Azərbaycandakı suveren portfeli iki kredit və bir suveren zəmanəti əhatə edir, ümumi məbləği isə 613,68 milyon ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti