...

Xankəndidə səyyar oftalmoloji tibbi aksiya təşkil olunub (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2025 15:37 (UTC +04:00)
Xankəndidə səyyar oftalmoloji tibbi aksiya təşkil olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Xankəndi şəhərində səyyar oftalmoloji tibbi aksiya keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Avtomobil Səyyar Klinikası vasitəsilə təşkil olunan aksiya dekabrın 19-dək davam edəcək.

Tədbir çərçivəsində əhali ödənişsiz göz müayinəsindən keçirilir, görmə pozuntuları erkən mərhələdə aşkarlanır və zəruri tibbi məsləhətlər verilir. Aksiyanın əsas məqsədi bölgə sakinlərinin görmə sağlamlığının qorunması, oftalmoloji xəstəliklərin vaxtında diaqnostikası və profilaktikasının gücləndirilməsidir. Müayinələr, müasir tibbi avadanlıqlar və ixtisaslı həkim heyəti tərəfindən aparılır.

Qeyd edək ki, azad edilmiş ərazilərdə tibbi xidmətlərin təşkili, dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir və bu kimi aksiyalar əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığını artırmağa xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti