...

Bakı Limanının yükaşırma gücü bu ilin sonuna 8 milyon tona çatacaq - Eldar Salahov

İqtisadiyyat Materials 18 Dekabr 2025 12:03 (UTC +04:00)
Bakı Limanının yükaşırma gücü bu ilin sonuna 8 milyon tona çatacaq - Eldar Salahov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Limanında bu ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, cari ilin sonuna qədər ümumi yükaşırma göstəricisinin 8 milyon tona çatacağını gözlənilir:

"Gələcək illər üçün hədəflərimiz daha böyükdür. Limanın texniki potensialı, maddi-texniki bazası və peşəkar heyəti daha yüksək nailiyyətlər əldə etməyə imkan verir. Ötən il konteyner aşırılması 76 min TEU ətrafında idisə, bu il bu rəqəmin 100 mini keçərək 104-105 min TEU-ya çatması gözlənilir. Bu, ötən illə müqayisədə təxminən 40 % artım deməkdir".

Xəbər lenti

Xəbər lenti