...

İş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəmə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 18 Dekabr 2025 15:11 (UTC +04:00)
İş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəmə hazırlıq iclası keçirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda iş adamının pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verib.

Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkiləri barəsində olan həbsin ev dusdaqlığı ilə əvəz edilməsini istəyib.

Təqsirləndirilən Cavid Hüseynlinin vəkili vəsatətində bildirib ki, zərərçəkənə ziyanın bir qismi ödənilib. Tam ödənilməsi üçün Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirini dəyişdirilməsini istəyib.

Zərərçəkən Quvat Beybutov vəsatəta münasibət yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsini, digər şəxslərin vəsatətləri təmin edilməməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatət münasibətdə qeyd edib ki, Cavid Hüseynlinin vəsatəti təmin edilib, digər vəsatətlər təmin edilməməsini və iş baxışa verilməsini təklif edib.

Məhkəmə Cavid Hüseynliyə nisbətdə verilmiş vəsatət təmin edilməsi, barəsində olan həbs qətimkan tədbiri ev dusdaqlığına dəyişdirilsin, məhkəmə zalından sərbəst buraxılması barədə qərar qəbul edib.
Digər vəsatətlər təmin edilməyib və cinayət işi baxışa verilib.

Məhkəmənin baxış iclası 25 dekabrda keçiriləcək.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçirib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə)maddəsi ilə ittiham edilir.

Xəbər lenti

Xəbər lenti