Bakı. Trend:
Venesuela dekabrın 17-də BMT Təhlükəsizlik Şurasından ABŞ-nin hərəkətlərinə cavab olaraq təcili iclas keçirməsini istəyib.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.
Nəşrin əldə etdiyi Venesuela xarici işlər nazirinin məktubunda qeyd olunub ki, "ABŞ prezidenti milli suverenliyimizi cəzasızlıqla və bütün dünyanın gözü qarşısında", eləcə də "ölkənin ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozur".
Karakas ABŞ-yi beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib. Vaşinqtonun davranışının "beynəlxalq münasibətlərə xaos və dağıntı gətirdiyi" vurğulanıb.
Nəşrin məlumatına əsasən, BMT Təhlükəsizlik Şurasına ünvanladığı ayrıca bir məktubda Venesuela müdaxilə və ABŞ-ın gəmilərinə və ticarətinə qarşı hərəkətlərinin yazılı şəkildə pislənməsini istəyib.