...

PSJ Qitələrarası Kubokun qalibi olub

İdman Materials 18 Dekabr 2025 00:08 (UTC +04:00)
PSJ Qitələrarası Kubokun qalibi olub

Bakı. Trend:

FIFA-nın Qitələrarası Kubokunun qalibi bəlli olub.

Trend-in məlumatına görə, finalda Fransanın PSJ və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıblar. Qətərin paytaxtı Doha şəhərində reallaşan görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn PSJ kubokun sahibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti