...

Kamboca sərhədində baş verən döyüşlərdə Tayland əsgərləri arasında ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 18 Dekabr 2025 06:53 (UTC +04:00)

Bakı. Trend:

Kamboca ilə sərhəd münaqişəsində həlak olan Tayland hərbçilərinin sayı 19-dan 21-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Tayland Kral Quru Qoşunları xəbər verib.

Məlumata əsasən, dekabrın 17-də Sisaket və Sa Kaeo vilayətlərində keçirilən hərbi əməliyyatlar zamanı iki Tayland hərbçisi həlak olub.

Qeyd edək ki, dekabrın 7-də kiçik silahlarla toqquşmalar baş verib. Dekabrın 8-də Tayland quru qoşunları Kamboca qoşunlarının sərhəd bölgəsindəki mövqelərini atəşə tutmağa başladığını bildirib. Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edərək cavab verib.

Xəbər lenti

Xəbər lenti