...

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışlayıb

Siyasət Materials 18 Dekabr 2025 14:34 (UTC +04:00)
Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan neft məhsullarının ilk partiyası Ermənistana göndərilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən bilirəm ki, Azərbaycanda istehsal olunmuş neft məhsulları ilə yüklənmiş ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram”, – deyə o bildirib.

Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin bunun üçün siyasi şərait Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunması sayəsində yaradılıb.

“Siyasi səviyyədə də razılaşmalar olub. İlk sövdələşmə artıq reallığa çevrilib”, – deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgə bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb.

“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti