...

Bakı Limanında 11 ayda 7,5 milyon ton yük aşırılıb

İqtisadiyyat Materials 18 Dekabr 2025 10:55 (UTC +04:00)
Bakı Limanında 11 ayda 7,5 milyon ton yük aşırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Limanının ümumi yükaşırma nəticələrində davamlı artım müşahidə edilir.

Trend xəbər verir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanı məlumat verilib.

Bildirilib ki, əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.

Qeyd edilib ki, bu yüksək nəticələr Bakı Limanının regionun ən etibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut edir və Azərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

"Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın Şərqlə Qərb arasında strateji logistik marşrut kimi mövqeyini daha da möhkəmləndirir. Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına daha irihəcmli əlavə dəyər vəd edir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yük qəbul edilir. 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti