Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bir bölməsi olan "Comex" birjasında 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək troya unsiyası üçün 67 dolları keçib.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Məlumata əsasən, qiymətli metalın qiyməti 5,88 faiz artaraq troya unsiyası üçün 67,045 dollara çatıb. Bakı vaxtı ilə saat 21:51-ə qədər gümüşün qiyməti unsiyası üçün 66,95 dollara (+5,73%) düşüb.
Eyni zamanda, 2026-cı ilin fevral ayında "Comex" birjasında çatdırılma üçün qızıl fyuçersləri 4370,9 dollar (+0,89%) təşkil edib.