...

İsveç Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 17 dəfədən çox artırıb

İqtisadiyyat Materials 18 Dekabr 2025 16:28 (UTC +04:00)
İsveç Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 17 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 29,664 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 milyon dollar və ya 17,1 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İsveçdən reallaşan investisiyaların payı 0,6% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində İsveç iqtisadiyyatına 20,623 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 milyon dollar və ya 29,3% azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində İsveçdən Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 1,730 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 29,153 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti