Bakı.Trend:
Gədəbəydə dərədə kişi meyidi tapılıb.
Trend-in məlumatına görə, dekabrın 17-də Gədəbəy rayonu, Söyüdlü kənd sakini 1960-cı il təvəllüdlü Həsənov Musa Həsən oğlunun həmin kəndin ərazisində yerləşən dərədə meyiti aşkar olunub.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
