...

Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 18 Dekabr 2025 12:24 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 16-da Qusar rayon sakini Diana Təyibovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Qusar rayon prokurorluğu məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti