...

"Məşğulluğa dəstək" layihəsi Azərbaycanda əhalinin sosial rifahını yaxşılaşdırır - Nazir

İqtisadiyyat Materials 18 Dekabr 2025 12:57 (UTC +04:00)
"Məşğulluğa dəstək" layihəsi Azərbaycanda əhalinin sosial rifahını yaxşılaşdırır - Nazir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək” layihəsi Azərbaycan əhalisinin özünüməşğulluq proqramının genişləndirilməsi və sosial rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verir, bunu bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Dayaq” mükafatının təqdimetmə mərasimində bildirib.

“Ötən dövrdə layihə uğurla həyata keçirilib, 26 min nəfər aktivlərlə təmin olunub. Layihənin 2026–2029-cu illəri əhatə edəcək ikinci mərhələsi çərçivəsində isə əlavə 30 min nəfər layihə iştirakçısına dəstək göstəriləcək.

Sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması Azərbaycan Respublikasının əmək münasibətləri sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir”, – deyə nazir bildirib.

A. Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 59 konvensiyanı və 1 protokolu ratifikasiya edərək Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi standartların sayına görə MDB ölkələri arasında ön sıralarda yer alır.

Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 konvensiya və bir protokolunu ratifikasiya edib və hazırda Beynəlxalq Əmək Təşkilatının standardlarını ən çox qəbul etmiş MDB ölkələrindən sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti