Bakı. Trend:
Ağdamda minaya düşdükdən sonra yanan traktor olan ərazi nəzarətə götürülüb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə giriş-çıxışı nəzarətə alıb.
Hazırda ANAMA-nın əməkdaşları hadisə yerinə baxış keçirir.
xxx
21:56
Ağdam sakini minaya düşüb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kənd ərazisində baş verib.
Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə traktorla soğan səpərkən minaya düşüb. Hazırda yaralının xəstəxanaya çatdırılması prosesi aparılır.
Faktla bağlı araşdırma başlanılıb.
