Almatı. Trend:
Avrasiya İnkişaf Bankının (AAİB) Özbəkistanda potensial layihələr portfeli formalaşdırılıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə AAİB-in İdarə Heyətinin sədri Nikolay Podquzov 2025-ci ilin yekunlarına həsr olunmuş Almatı şəhərində keçirilən mətbuat konfransında bildirib.
“Biz artıq Özbəkistanda layihələrin işlənib hazırlanmasına başlamışıq. Potensial portfel artıq formalaşdırılıb. Onu həyata keçirəcəyik və inkişaf missiyasını yerinə yetirməyə davam edəcəyik”, – deyə o qeyd edib.
N. Podquzov xatırladıb ki, 10 aprel 2025-ci il tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəyə bankın yeddinci iştirakçısı olmaq imkanı verən qanunu imzalayıb:
“Özbəkistan Respublikasının özü üçün bu, nəqliyyatın, energetikanın və kənd təsərrüfatının modernləşdirilməsi üçün yeni impuls deməkdir. AİB-in bütün iştirakçı ölkələri üçün isə bu, kooperasiya və ticarət imkanlarının genişlənməsi, eləcə də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi anlamına gəlir”.
