...

Bakı Limanında yük axınının əsas istiqaməti açıqlanıb

İqtisadiyyat Materials 18 Dekabr 2025 12:12 (UTC +04:00)
Bakı Limanında yük axınının əsas istiqaməti açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti Şərqdən Qərbədir.

Trend xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov bu gün liman ərazisinə təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yüklərin təxminən 38-40%-i Çindən gələn idxal və tranzit yüklərdir: "Xüsusilə son zamanlar Çin istehsalı olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət tərəfdaşlarımızla da əməkdaşlığımız genişlənir".

Xəbər lenti

Xəbər lenti