Bakı. Trend:
2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dad İnstitutu”
tərəfindən “Üstün Dad Mükafatı”na layiq görülüb. Bu mükafat
“Bonaqua”nın zəngin dadının və üstün istehsal keyfiyyətinin
beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildiyini
sübut edir.
Təsadüfi deyil ki, Azərbaycanda keçirilən bir çox milli və
beynəlxalq tədbir “Bonaqua”nı su tərəfdaşı kimi seçir. Bakı-2015
Avropa Oyunlarından Bakı-2017 İslam Oyunlarına, beynəlxalq
velosiped turnirlərindən beynəlxalq cüdo çempionatlarına və bir
sıra milli yarışlara qədər olan tədbirlərin su təchizatçısı
“Coca-Cola” şirkətinin “Bonaqua” sularıdır. “Bonaqua”nın ən yeni
tərəfdaşlarından biri kimi “Şamaxı” Futbol Klubunun qeyd edə
bilərik.
“Şamaxı” FK-nın İdarə Heyətinin sədri Elçin Usub bu tərəfdaşlıqdan
məmnunluğunu bildirib: “Artıq 1 ildən artıqdır ki, “Coca-Cola
Azərbaycan” şirkətinin “Bonaqua” su markası “Şamaxı” Futbol
Klubunun rəsmi içməli su tərəfdaşıdır. Bu əməkdaşılq çərçivəsində
“Bonaqua” futbolçularımızı məşqlər, oyunlar və səfərlər zamanı
yüksək keyfiyyətli içməli su ilə təmin olunmasını fasiləsiz şəkildə
həyata keçirir. Klub olaraq bu tərəfdaşlığı şirkətin Azərbaycan
futboluna, xüsusi ilə də regionu təmsil edən komandaya əvəzsiz və
örnək dəstəyi kimi qiymətləndiririk. Bu səbəbdən, bizə inanaraq,
güvənərək yanımızda olan şirkət rəhbərliyinə göstərdiyi etimada və
diqqətə görə təşəkkür edirik. Əməkdaşlığımızın gələcəkdə daha da
inkişaf edəcəyinə inanırıq”.
Yüksək keyfiyyətli brend 2025-ci ildə də bir sıra sosial, idman və
mədəniyyət yönümlü layihələrin tərəfdaşı kimi də çıxış edərək
cəmiyyətin inkişafına töhfə verməkdə davam edir.
Belə ki, BonAqua brendi Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş”
İctimai Birliyinin birgə həyata keçirdiyi “Üfüq” Karyera İnkişaf
Proqramı, Nərgiz Fond ilə birgə “İftar çadırları” layihəsi, Avropa
Gənclər Parlamentinin (AGP) Azərbaycan İctimai Birliyinin XI Milli
Seçim Konfransı, “Nizami Gəncəvi” adına Mədəniyyət və İstirahət
Parkında Novruz bayramı münasibətilə keçirilən “Xonça Fest”
festivalı və bu yaxınlarda baş tutan Beynəlxalq Barbekü Festivalı
kimi bir çox sosial layihələrin əsas tərəfdaşıdır.
Coca-Cola şirkətinin yüksək keyfiyyət standartlarına uyğun şəkildə,
çoxmərhələli təmizləmə prosesi ilə istehsal edilən “Bonaqua” süfrə
suları şirkətin portfelində yumşaq dadı ilə seçilir. “Bonaqua suyu”
istehsal prosesi zamanı bir neçə mərhələdə təmizlənir, müasir
laboratoriyalarda analiz edilir və beynəlxalq keyfiyyət
standartlarına tam uyğunlaşdırılaraq qazlı və qazsız formada
qablaşdırılır. Brend maqnezium sulfatı, kalium xlorid və natrium
xlorid kimi minerallarla balanslaşdırılaraq suyun təravətini
qoruyur. Şirkətin ISO 14001, 18001 və 22001 sertifikatlarına malik
olması, “Bonaqua”nın da keyfiyyət və təhlükəsizlik sahəsində dünya
standartlarına sadiqliyini təsdiqləyir.
Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksək
keyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalında
müasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadə
olunur.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik
yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü
ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola
İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın
yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”,
“Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur
sərinləşdirici içki markalarının istehsalı və satışı ilə
məşğuldur.