...

ABŞ Senatı 2026-cı il üçün 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Dünya xəbərləri Materials 17 Dekabr 2025 22:43 (UTC +04:00)
ABŞ Senatı 2026-cı il üçün 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Bakı. Trend:

ABŞ Konqresinin yuxarı palatası olan Senat 2026-cı il müdafiə büdcəsi layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.

Məlumata əsasən, sənədi 77 senator dəstəkləyib, 20 senator isə əleyhinə səs verib.

İndi qanun layihəsinin qüvvəyə minməsi üçün onu ABŞ prezidenti Donald Tramp imzalamalıdır.

ABŞ Nümayəndələr Palatası sənədi ötən həftə təsdiqləyib.

3000 səhifədən çox olan qanun layihəsinə əsasən, 2026-cı il üçün müdafiə büdcəsi 900 milyard dollar təşkil edəcək. Qanun layihəsi, xüsusən də Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardım nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti