...

ABŞ bu ölkəyə 11,1 milyard dollar həcmində silah satacaq

Dünya xəbərləri Materials 18 Dekabr 2025 11:06 (UTC +04:00)
ABŞ bu ölkəyə 11,1 milyard dollar həcmində silah satacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları hökuməti Tayvana ümumilikdə 11,1 milyard dollar dəyərində hərbi texnika satışını təsdiqləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, paketə 82 ədəd HIMARS sistemi və 420 ədəd ATACMS raketi üzrə ümumi dəyəri 4 milyard ABŞ dollarından artıq olan səkkiz müqavilə, həmçinin əlavə 4 milyard ABŞ dolları məbləğində 60 özüyeriyən haubitsa və müvafiq avadanlıqlar daxil edilib.

Tayvan 1 milyard ABŞ dolları dəyərində pilotsuz uçuş aparatları, 1 milyard ABŞ dolları məbləğində proqram təminatı, 700 milyon ABŞ dolları dəyərində “Javelin” və TOW tankəleyhinə raketləri, helikopterlər üçün 96 milyon ABŞ dolları məbləğində ehtiyat hissələri və “Harpoon” raketlərinin modernləşdirilməsi üçün 91 milyon ABŞ dolları dəyərində dəstlər əldə edəcək.

ABŞ Dövlət Departamenti bildirib ki, bu tədarüklər “ABŞ-ın milli, iqtisadi və təhlükəsizlik maraqlarına” xidmət edir, Tayvanın təhlükəsizliyinin artırılmasına kömək edəcək və regionda “siyasi sabitliyin, hərbi balansın və iqtisadi tərəqqinin qorunub saxlanmasına” töhfə verəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti