...

Avstriya kansleri Ukraynada beynəlxalq missiyada iştirak etməsini ehtimal edib

Dünya xəbərləri Materials 18 Dekabr 2025 04:46 (UTC +04:00)

Bakı. Trend:

Əgər belə bir təşəbbüs konkret forma alsa, Avstriya Ukraynada beynəlxalq hərbi missiyada iştirak etməyi nəzərdən keçirə bilər.

Trend-in məlumatına görə, bu barədə federal kansler Kristian Ştoker bildirib.

"Belə bir təşəbbüs konkret forma aldıqdan sonra Avstriyanın çoxmillətli qrupda iştirakı ehtimalı nəzərdən keçirilə bilər", - deyə K.Ştoker bildirib.

Eyni zamanda, kansler Avstriyanın neytrallıq prinsipinə sadiq qalacağını qeyd edib. "Avstriyanın neytral qalacağı aydındır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti