Bakı. Trend:
Rusiya və ABŞ nümayəndə heyətlərinin bu həftə sonu Florida ştatının Mayami şəhərində Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq üçün görüşməsi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən xəbər verib.
Bildirilib ki, məsləhətləşmələrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ Prezidentinin Ukraynada nizamanlanma üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner daxil olacaq.