...

Universitetlərin özəl sektorla əməkdaşlığa ehtiyacı var - Nazir

Cəmiyyət Materials 18 Dekabr 2025 12:05 (UTC +04:00)
Universitetlərin özəl sektorla əməkdaşlığa ehtiyacı var - Nazir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Memarlıq və inşaat insanların həyatı ilə vəhdət təşkil edən sahədir. Bu sahədə insan yetişdirən alimlərimizə təşəkkür edirəm.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycanın Elm və təhsil naziri Emin Əmrullayev universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən təntənəli rəsmi tədbirdə çıxışı zamanı deyib.

“İstəsəkdə istəməsək də gələcək kifayət qədər rəqabətli olacaq. İstənilən təhsil müəssisəsi özünün istiqamətindəki rəqabətə hazır olmalıdır. Dövr kifayət qədər sürətlidir. İnkişafın əsas təməli ədalətli rəqabətdir”, - nazir əlavə edib.

O qeyd edib ki, rəqabət və əməkdaşlıq bir-birilə vəhdət təşkil edir. İki alim rəqabət aparıb əməkdaşlıq etmirsə orada inkişaf olmur:

“Heç bir ali təhsil müəssisəsi öz-özünə tək inkişaf edə bilməz. Dövlət qurumlarının dəstəyi öz yerindədir. Özəl sektorla ali təhsil müəssisələri arasında əməkdaşlığa universitetlərin ehtiyacı var. Sənaye müəssisələrinin ali təhsil müəssisələrinin içinə doğru irəliləməsi illər sonra daha yaxşı nəticələri paylaşmağımıza imkan verəcək”.

Nazir vurğulayıb ki, əmək bazarında baş verən reallıqlara yaxın olmadan kadr hazırlamaq mümkün deyil.

“Son 5 ildə əsaslı şəkildə AZMİU alimlərinin məqalələrinin sayı artıb. Elmi tədqiqatların keyfiyyəti artarsa təhsilin də məzmunu inkişaf edəcək. Kəlbəcər məktəbinin bütün tikintisinə nəzarət AzMİU-nun 25 yaşlı məzunu tərəfindən aparılıb. O, gənc yaşına və çətin şəraitə baxmayaraq ortaya gözəl iş çıxardı.

Ümumilikdə Qarabağın bərpasında AzMİU-nun yetişdirdiyi məzunların böyük əməyi var",- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti