Bakı. Trend:
Almaniyanın Meklenburq-Ön Pommern əyalətində beynəlxalq marşrut üzrə hərəkət edən “Flixbus” avtobusu sürüşərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə əyalətin polis idarəsi məlumat yayıb.
53 sərnişin və 2 sürücünün olduğu avtobus Kopenhagen-Vyanaya marşrutunda hərəkət edirdi. Qəza yerli vaxtla saat 02:40 radələrində Röbel-Müritz şəhəri yaxınlığında, 19 nömrəli avtobusda baş verib.
Avtobusun kanala niyə girdiyi hələlik məlum deyil. Hadisənin səbəbləri araşdırılır.