...

Rüşvət alan zabitə hökm oxundu

Hadisə Materials 4 İyul 2025 10:57 (UTC +04:00)
Rüşvət alan zabitə hökm oxundu

Bakı. Trend:

Tabeliyində olan hərbi qulluqçulardan rüşvət almaqda, təqsirləndirilən kapitan Ağamalı Pənahovun cinayət işi üzrə məhkəmə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ağamalı Pənahov 9 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Ağamalı Pənahov Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;), 232.2.1 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;) və 311.3.2-ci (təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Xəbər lenti

Xəbər lenti