Bakı.
Türkiyənin "Beşiktaş" klubu ingiltərəli hücumçu Temmi Abrahamın transferini rəsmiləşdirib.
Trend xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi açıqlama yayıb.
27 yaşlı futbolçu İtaliyanın "Roma" klubundan satınalma şərti ilə icarəyə götürülüb. Razılaşmaya əsasən, "Beşiktaş" Abrahamın icarəsi üçün 2 milyon avro ödəyəcək. Gələcəkdə isə transferin tam reallaşması üçün 13 milyon avro ödənilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən mövsüm Temmi Abraham icarə əsasında "Milan"ın heyətində çıxış edib və 44 oyunda 10 qol vurub.