...

Almaniyada sürət qatarında suriyalı qaçqının hücumu nəticəsində 4 sərnişin yüngül yaralanıb

Dünya xəbərləri Materials 4 İyul 2025 08:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bavariya əyalətində sürət qatarında Avstriyada yaşayan 20 yaşlı suriyalı qaçqının hücumu nəticəsində 4 sərnişin yüngül xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Hadisə iyulun 3-də cümə axşamı günü baş verib. Daxili işlər naziri Yoahim Herrmann bildirib ki, Vyana yaxınlığında yaşayan 20 yaşlı suriyalı qaçqın Mohammed A. qatar sərnişinlərinə çəkiclə hücum edib. Hücum zamanı o, həmçinin baltadan istifadə etməyə çalışsa da, sərnişinlərə yalnız çəkiclə zərbələr endirib.

Hücum nəticəsində dörd sərnişin yüngül xəsarət alıb, onlardan üçü Suriya vətəndaşıdır. Həmin şəxs isə ağır yaralanıb.

Nazir Yoahim Herrmann vurğulayıb ki, suriyalı əvvəlcə Bavariya polisinin məlumat bazasında qeydə alınmayıb və digər federal ştatlardan da onun haqqında məlumat daxil olmayıb. Hazırda onun ekstremist motivləri ilə bağlı heç bir sübut yoxdur.

Xəbər lenti

Xəbər lenti