...

Prezident İlham Əliyev və ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər (FOTO/VİDEO)

Siyasət Materials 3 İyul 2025 18:57 (UTC +04:00)
Prezident İlham Əliyev və ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.

Trend xəbər verir ki, hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər.

Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəzdilər.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti