...

Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib

Hadisə Materials 3 İyul 2025 10:58 (UTC +04:00)
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirlər zamanı 44 yaşlı Samirə Rüstəmova, 36 yaşlı Bayram Feyziyev, 28 yaşlı Yaşar Əhmədov, 44 yaşlı Elbəyi Çərkəzov və 41 yaşlı Saleh Mirməmədov saxlanılıblar.

Onlardan ümumilikdə 5 kiloqramdan artıq heroin, marixuana, psixotrop maddə metamfetamin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti