...

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)

Siyasət Materials 2 İyul 2025 18:21 (UTC +04:00)
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

Trend xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Xəbər lenti

Xəbər lenti