Bakı. Trend:
Britaniya və Almaniya birgə müdafiə ilə bağlı yeni hərtərəfli müqavilə bağlamağa hazırlaşırlar.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Danışıqlar prosesi ilə tanış olan beş nəfərin verdiyi informasiyaya əsasən, Böyük Britaniya və Almaniya ölkələrdən birinə hər hansı təhdid olarsa qarşılıqlı (hərbi) yardımı nəzərdə tutan maddənin olduğu genişmiqyaslı müqavilə imzalamağa hazırlaşırlar”, - məlumatda qeyd olunur.
Bildirilir ki, yeni razılaşma Avropa dövlətlərinin təhlükəsizlik məsələlərində ABŞ-siz daha sıx əməkdaşlığa can atdıqlarını göstərir. Müqavilənin iyulun 17-dək iki ölkənin parlamentləri yay tətilinə çıxmazdan əvvəl imzalanması gözlənilir.