...

Təkrar sertifikatlaşdırılmada uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb

Cəmiyyət Materials 2 İyul 2025 10:10 (UTC +04:00)
Təkrar sertifikatlaşdırılmada uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

"Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti