...

AYİB Azərbaycandakı layihə portfeli üzrə son məlumatları təqdim edib

İqtisadiyyat Materials 2 İyul 2025 10:56 (UTC +04:00)
AYİB Azərbaycandakı layihə portfeli üzrə son məlumatları təqdim edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin may ayının sonuna olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 991 milyon avro olub.

Trend bu barədə AYİB-ə istinadən xəbər verir.

Məlumata görə, portfelin 89%-ni dayanıqlı infrastruktura (886 milyon avro), 5%-ni korperativ sektora (50 milyon avro), 6%-ni isə maliyyə institutlarına inestisiyalar (56 milyon avro) təşkil edib.

AYİB-in bu layihələrdə iştirak payı 1% təşkil edir, əməliyyat aktivləri isə 717 milyon avro dəyərində qiymətləndirilir. Portfelin ümumi həcmində özəl sektorun payı 38%-dir.

Qeyd edk ki, AYİB Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri ölkədə 198 layihəyə 3,783 milyhard avro investisiya qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti