...

“Yaşıl şəhərlər” təşəbbüsü dünyanın 100-ə yaxın şəhərində həyata keçirilir - Nəsar Hayat

İqtisadiyyat Materials 2 İyul 2025 12:06 (UTC +04:00)
“Yaşıl şəhərlər” təşəbbüsü dünyanın 100-ə yaxın şəhərində həyata keçirilir  - Nəsar Hayat
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın.Trend:

Biz dayanıqlı şəhərlər haqqında danışırıqsa, mütləq olaraq biz kənd təsərrüfatı məsələlərini nəzərdən keçirməliyik.

Trend-in Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bununla bağlı BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının Azərbaycandakı nümayəndəsi Nəsar Hayat Laçında ECO Qadınlar Forumu Çərçivəsində keçirilən “şəhərsalmanın inkişafında qadınların rolu” adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, qlobal əhalinin 56%-i şəhər zonalarında yaşayır. Lakin onların çox böyük bir hissəsi istehlakçıdır. Və karbon izinin azaldılmasında məhz həmin istehlakçılar dayanır:

"Burada şəhərsalma vacibdir. FAO hesab edir ki, şəhərsalmada nəinki qadınlar iştirak etməlidir, o cümlədən burada digər maraqlı tərəflər də olmalıdır. Təbii ki, bu məsələ olaraq FAO “Yaşıl şəhərlər” təşəbbüsünü 2020-ci ildə irəli sürmüşdür. Hal-hazırda dünyanın 100-ə yaxın şəhərində həmin təşəbbüs həyata keçirilir və 2030-cu ilə qədər istərdik ki, dünyanın min şəhərində bu təşəbbüs reallaşsın. Kənd təsərrüfatının inkişafı şəhərdən ayrı götürülə bilməz. Bu kontekstdə Azərbaycan da istisna deyil. Çünki qadınların rəhbərlik keyfiyyətləri ərzaq sistemində çox mühüm rol oynayır və bu rol bundan sonra da davam edəcək. Dayanıqlı şəhərsalma yalnız o halda mümkündür ki, biz kənd və şəhər zonaları arasında bərabərsizliyin azaldılması ilə məşğul olaq".

N.Hayat kənd yerlərində fermerlərin ərzaq bazarlarına çıxışının təmin edilməsinin bütövlükdə iqtisadiyyatın inkişafı demək olduğunu söyləyib:

"Həmçinin biz görürük ki, qadınlar şəhərlərin iqlim dəyişikliyinə uyğunlaşmasında kömək edirlər. Bu baxımdan ənənəvi biliklərdən istifadə edərək, kənd təsərrüfatında qadınlar daha çox dayanıqlı alternativlərə üstünlük verirlər. Hal-hazırda FAO proqram hazırlayıb ki, kənd təsərrüfatı dayanıqlı olsun və ərzaq yerli səviyyədə geniş şəkildə istehsal edilsin. Qidanın, qidalanma dəyəri artsın."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti