...

“Microsoft” həkimlərdən də dəqiq işləyən süni intellekt təqdim edib

Gündəm Materials 2 İyul 2025 14:58 (UTC +04:00)
“Microsoft” həkimlərdən də dəqiq işləyən süni intellekt təqdim edib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft”, insan həkimlərindən 4 dəfə daha dəqiq nəticə verən yeni süni intellekt sistemini təqdim edib.

Trend xəbər verir ki, “MAI Diagnostic Orchestrator” (qısa adı: MAI-DxO) adlanan bu sistem tibbi diaqnostikada inqilabi dəyişiklik vəd edir.

Süni intellekt “OpenAI”, “Google”, “Meta” və digər şirkətlərin modellərini birləşdirərək “birlikdə qərar” mexanizmi ilə işləyir. 304 mürəkkəb tibbi hal üzərində aparılan testlərdə sistemin diaqnostik dəqiqliyi 80%-ə çatıb. Eyni hallarda həkimlərin nəticələri 20% səviyyəsində olub.

MAI-DxO yalnız təsvirə əsaslanan sahələrdə deyil, ümumi tibbi diaqnostikada da istifadə edilə bilər. Lakin mütəxəssislər sistemin klinik şəraitdə geniş sınaqlardan keçirilməsinin vacibliyini vurğulayırlar.

Qeyd edək ki, “Microsoft” texnologiyanı hələlik kommersiyaya çıxarmayıb, lakin gələcəkdə bu sistemin sağlamlıq məsləhətləri və peşəkar tibbi alətlərdə istifadəsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti