...

Ermənistanda Karapetyanın “Elektrik şəbəkəsi” milliləşdiriləcək

Dünya xəbərləri Materials 2 İyul 2025 12:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamenti Rusiya biznesmeni Samvel Karapetyanın sahibi olduğu “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsinə imkan verən qanun layihəsini ilk oxunuşda qəbul edib.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Qanunverici orqanın iclası yerli televiziya kanalları vasitəsilə canlı yayımlanıb.

“Qanun layihəsinin lehinə 65 deputat səs verdi, əleyhinə isə 30 nəfər. Qanun qəbul olunub, – deyə parlamentin spikeri Alen Simonyan bəyan edib.

Qanun layihəsinə əsasən, Ermənistan dövləti enerji operatorlarının fəaliyyətinə müvəqqəti müdaxilə etmək və zərurət yaranarsa, bu operatorların satılmasını tələb etmək hüququ əldə edir. Yeni qanun layihəsi həmçinin, dövlətə həmin operatoru almaqda üstünlük hüququ verir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 2-də “Ermənistan Elektrik Şəbəkələri” in işçi heyətini “öz vəzifə borclarını qoyub siyasi intriqalarla məşğul olan əməkdaşların işdən çıxarılacağı” ilə xəbərdar etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbsqətimkan tədbiri seçib.

Karapetyan ölkədə son günlər yaşanan siyasi gərginlik fonunda Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxmışdı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti